...

Azərbaycan və Ermənistan XİN başçıları Brüsseldə görüşməyəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2006 16:04 (UTC +04:00)

ATƏT xarici işlər nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının Brüsseldə görüşü keçirilməyəcək. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

O qeyd edib ki, görüş nazirlərin iş qrafikinin dolu olması səbəbindən təxirə salınıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan 4-5 dekabr tarixində ATƏT xarici işlər nazirləri Şurasının Brüsseldə keçirilən iclasının işinə qatılıblar.

Brüsselə səfər çərçivəsində nazirin bir sıra görüşlər keçirməsi planlaşdırılır, bu görüşlərin sırasında erməni həmkarı V.Oskanyanla növbəti danışıqlar raundu, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti