Yanvarın 9-da Beynəlcalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağda yerləşən ofisinin əməkdaşları burada saxlanılan azərbaycanlı əsir Eldəniz Nuriyevlə növbəti dəfə görüşüblər. Bu barədə Trend ə BQXK-nın Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib.
Bu, BQXK nümayəndələrinin əsir Eldəniz Nuriyevlə sayca üçüncü görüşü olub. BQXK nümayəndələri əsirin saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar.
Qeyd edək ki, Füzulidəki N saylı hərbi hissənin əsgəi Eldəniz Nuriyev dekabrın 31-də naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.
Yaxın günlərdə isə erməni əsirliyində olan və Ermənistanda saxlanılan digər azərbaycanlı əsgər Samir Məmmədovun ailə üzvlərinin yazdığı üçüncü məktub BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən S.Məmmədova çatdırılacaq. Qazaxdakı N saylıf hərbi hissənin əsgəri olan S.Məməmdov dekabrın 24-də naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi ilkin versiya kimi hər iki əsgərin yolu azaraq erməni hərbçilərinə tərəf keçdiyini bildirib.