...

Beynəlxalq Qırmızı Xaç Komitəsi 3 gündür ki, əsir əsgərin valideyinlərinə heç bir məlumat vermir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2007 15:13 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qazax rayonu istiqamətində erməni hərbçilərinə əsir düşən Azərbaycan Milli ordusunun sıravi əsgəri Məmmədov Samir Nazim oğlunun valideyinlərinə son 3 gündə heç bir məlumat verməyib. Məmmədov Samirin əmisi Vidadi Məmmədov Trend in bölgə müxbirinə verdiyi məlumata görə, onlar Samirə 3 məktub yazsa da, məktubların Samirə çatması barədə dəqiq məlumatları yoxdur. Vidadi Məmmədov onu da qeyd etdi ki, Samirin erməni əsirliyindən qaytarılması barədə heç bir irəliləyiş yoxdur. "BQXK 18 gündür ki, erməni ordusundan övladımızı qaytara bilmir".

Onu da qeyd edək ki, Məmmədov Samir 2005-ci ilin oktyabrında Bərdə Rayon Hərbi Komissarlığından həqiqi xidmətə çağırılıb. Hərbi xidmətini qurtarmağa 3 ay qalmış - dekabrın 24-də əsir düşüb.

Xəbər lenti

Xəbər lenti