...

Türkiyənin Qocaeli şəhərində Xocalı faciəsi qurbanları anılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend M.Tağıyev/ Bu gün Türkiyənin Qocaeli şəhərində Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş tədbir keçiriləcək. Trend xəbər verir ki, tədbir "Azərbaycan Evi" fondu tərəfindən təşkil edilib.

Tədbir iştirakçıları qarşısında Qocaeli Universitetinin professoru Hüseyn Xəlilov çıxış edəcək və erməni təcəvüzkarlarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti