...

Tbilisi dram teatrı Xocalı hadisələrinə həsr olunmuş tamaşa qoyub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2007 16:58 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir A . İsmayılova / Tbilisi dövlət dram teatrı Xocalı hadisələrinə həsr olunmuş və fevralın 26- da teatrın səhnəsində oynanılacaq tamaşa qoyub . Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin verdiyi xəbərə görə , Xocalı Gününə həsr olunmuş aksiyaların keçirilməsi üçün Heydər Əliyev Fondu böyük dəstək göstərib . Fond Xocalı faciəsinə həsr olunmuş və tamaşanın oynanıldığı gün Tbilisi dram teatrında nümayiş olunacaq foto - materialların böyük ekspozisiyasını təqdim edib . Elə orada rəssam Fuad Qafarovun Xocalıya həsr olunmuş əsərləri sərgilənəcək . Sərgi zamanı Xocalıdakı hadisələr haqqında film nümayiş olunacaq . Tədbirə rəsmi şəxslər , diplomatik korpusların , Gürcüstandakı gürcü və azərbaycanlı icmaların nümayəndələri dəvət olunublar .

Xəbər lenti

Xəbər lenti