...

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocalı qaçqınlarının məskunlaşdığı Hacıkənd qəsəbəsində ehsan süfrəsi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocalı qaçqınlarının məskunlaşdığı Hacıkənd qəsəbəsində Xocalı soyqırımının 15-ci ildönümü ilə ədaqədar ehsan süfrəsi açılıb. Trend in Qərb Bürosunun verdiyi məlumata görə, şəhidlərin anım mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və b. səlahiyyətli şəxslər iştirak edib.

Gəncənin Hacıkənd qəsəbəsində 610 ailədən ibarət 1310 nəfər Xocalıdan olan məcburi köçkün məskunlaşıb. Qaçqındlar əsasən Xocalının Cəmilli və Meşəli kəndlərinin sakinləridirlər. Onlar 1992-ci ilin avqustundan bu qəsəbədə yaşayırlar .

Xəbər lenti

Xəbər lenti