...

QAT beynəlxalq birliyi Ermənistanı ittiham etməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Təhlükəsizlik Şurasına, İslam Konfransı Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, dünya dövlətlərinin parlamentlərinə müraciət ünvanlayıb. Sənəddə erməni terror təşkilatlarının, daşnaklarla bolşevik birləşmələrinin 1918-ci ildə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi barədə məlumat verilir. Bakıda 15 min, Şamaxıda 8 mindən artıq, Qubada 3 minə yaxın, Zəngəzurda 8 minə yaxın və digər ərazilərdə minlərlə azərbaycanlının amansızcasına qətlə yetirildiyi bildirilir: "1918-ci il avqustun 31-də beynəlxalq birliyin təzyiqləri altında Ermənistan hökuməti bu cinayətlərin baş verdiyini, həmin ilin birinci yarısında Qafqazda 400 min azərbaycanlını, 120 min gürcünü, 22 min ləzgini, 15 min kürdü qətlə yetirdiklərini rəsmən etiraf etməyə və cinayətkarların cəzalandırılacağına söz verməyə məcbur olub. Lakin Ermənistan vədinə əməl etməyərək təzavüzkar, terrorçu əməllərini davam etdirib, 1948-53-cü, 1988-ci illərdə etnik təmizləmə siyasəti apararaq yüz minlərlə azərbaycanlını doğma yurdlarından qovub"-deyə sənəddə bildirilir.

QAT beynəlxalq birliyi təcavüzkar Ermənistan hakimiyyətini ittiham etməyə, işğalçı ölkənin cəzalandırılması üçün konkret tədbirlər görməyə çağırır.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri və digər təbəqələrin nümayəndələrini birləşdirən təşkilatın 10 minə yaxın üzvü var.

Xəbər lenti

Xəbər lenti