...

QAT Qubada aşkarlanan məzarlıqla bağlı komissiya yaradılmasını təklif edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanın Quba şəhərində yenicə aşkar edilmiş kütləvi məzarlığın təhqiq olunması üçün dövlət komissiyasının yaradılmasını zəruri sayır. Bu barədə çərşənbə günü QAT-ın yaydığı bəyanatda bildirilir.

QAT hesab edir ki, bu məzarlıq erməni terrorçularının Azərbacan xalqına qarşı törətdiyi qətliamlara dair növbəti tarixi faktlardandır: "Bu məzarlıq bir daha təsdiq edir ki, ermənilər Qubada azərbaycanlıları xüsusi qəddarlıqla qətlə yetirib, hətta meyidlərdən də qisas alıblar. Bu məzarlar yalançı "erməni soyqırımı" iddialarından əl çəkməyən ermənilərin özlərinin iç üzünü açır"-deyə vurğulanır.

QAT hesab edir ki, Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi yeni tarixi faktların aşkarlanmasına laqeyd münasibət göstərməməli, təcili olaraq rəsmi strukturların iştirakı ilə komissiya yaradılmalı, erməni vəhşilikləri haqqında faktlar dünya ictimaiyyətinə çatdırılmalıdır: "Əgər rəsmi qurumlar bu işi görmək istəmirlərsə, QAT mütəxəssislərin iştirakı ilə ictimai əsaslarla təhqiqat yaradaraq zəruri işləri görməyə hazırdır".

QAT Qarabağın işğaldan azad edilməsi üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Tarix elmləri namizədi, dosent Akif Navının sədrlik etdiyi təşkilatın 10 min nəfər üzvü, Azərbaycanın bölərələrində və xarici ölkələrdə şöbələri var.

Xəbər lenti

Xəbər lenti