Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ Dövlət Departamentinin 2006-cı ilin yekunlarına dair hesabatında erməni lobbisinin və Ermənistan hakimiyyətinin təzyiqləri altında dəyişikliklər etməsini bu dövlətin ermənipərəst mövqeyi kimi qiymətləndirir. Bu barədə QAT bazar ertəsi bəyanat yayıb.
Sənədin əvvəlki variantında Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğal olunduğu öz əksini tapmışdı. Sənədin rəsmi açıqlamasından dərhal sonra işğalçı Ermənistan hakimiyyəti və erməni lobbisi kəskin reaksiyalarını bildirdi, həmçinin bu ifadənin dəyişdiriləcəyinə nail olacaqlarını elan etdilər.
"ABŞ Dövlət Departamentinin bu addımı göstərir ki, bu dövlətin strukturları erməni lobbisinin təsiri altındadır və Qarabağ məsələsində yalnız erməni iddialarının yerinə yetirilməsi ilə məşğuldur. Minsk qrupunun digər həmsədr ölkələri, Rusiya və Fransa kimi ABŞ da açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirib. Qarabağ Azadlıq Təşkilatı bir daha bəyan edir ki, Qarabağ məsələsinin ədalətli həlli ilə bağlı Minsk qrupuna, onun həmsədrlərinə ümid etməyin heç bir mənası yoxdur" - deyə bəyanatda vurğulanır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.
QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla, 10 min nəfəri birləşdirir.