...

Azərbaycan XİN başçısının müavini: "ABŞ Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda davam etməlidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2007 20:44 (UTC +04:00)
Azərbaycan XİN başçısının müavini: "ABŞ Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda davam etməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir P.Əmircanov/ "Azərbaycan Birləşmiş Ştatlardan yumşaqlıq göstərərək öz prinsipləri və mövqeyini dəyişməyi tələb etmir. Sadəcə olaraq ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması mövqeyinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaqda davam etməli və bununla bağlı iş aparılmaldıdır". Bu fikirləri Azərbaycan xarici şlər nazirinin müavini Araz Əzimov bildirib.

Əzimovun sözlərinə görə, ABŞ Dövlət Departamentinin məruzəsindəki fikirlər praktikadan kənardır və "hansısa gizli məqamlardan xəbər verir". Ona görə də Azərbaycan nümayəndələrinin bu ölkəyə səfəri təxirə salınıb və gələcəkdə bu barədə dialoq aparılacaq.

Əzimov həmsədrlərin son bəyanatına münasibət bildirərək deyib ki, onlar regiona yeni təkliflərlə səfər etməlidir. "Əgər Ermənistan yenidən "konstruktivlik" göstərərsə, sülhdən danışmaq tezdir".

Xəbər lenti

Xəbər lenti