...

Şuşanın işğalının 15 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Şuşa şəhərinin işğalının 15-ci ildönümü ilə əlaqədar Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları, qaçqın və mücburi köçkünlər, ictimaiyyət nümyəndələri çərşənbə axşamı Bakının Əzizbəyov heykəlindən Şəhidlər Xiyabanına qədər yürüş ediblər. Aksiyada 100-dən artıq iştirakçı olub.

Əzizbəyov heykəlinin yanından başlanan yürüş zamanı aksiyaçıları "Qarabağ", "Qarabağa azadlıq" şüarları səsləndiriblər. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib, onların məzarlarına gül-çiçək dəstələri qoyulub.

Yürüş zamanı hər hansı insident baş verməyib və aksiya dinc şəkildə keçib.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də zəbt edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti