...

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin hərbi yolla həllini mümkünsüz hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 13:08 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin hərbi yolla həllini mümkünsüz hesab edirlər. "Novosti-Armeniya" agentliyinin xəbərinə görə, belə bir bəyanatla cümə axşamı Yerevandakı brifinqdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye çıxış edib.

"Vaşinqtonda və Moskvada müharibəni mümkün variant kimi nəzərdən keçirən kimsə yoxdur" - deyə o bildirib.

Fasye bir daha qeyd edib ki, sülh danışıqlarından başqa Qarabağ münaqişəsinin həllinin alternativi yoxdur.

"Buna görə də müharibə problemin həlli yolu deyil" - deyə həmsədr vurğulayıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri mayın 23-dən Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində onlar Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyan və XİN başçısı Vardan Oskanyanla görüşüblər.

Artıq həmsədrlər Bakıya yola düşüb.

Xəbər lenti

Xəbər lenti