...

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən irəliləyiş gözləmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyun 2007 12:09 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Yerevanda bəyan edib ki, Ermənistan və Azərbaycan prezidentlərinin iyunun 9-da Sankt-Peterburqdakı görüşündən Qarabağ nizamlanmasında irəliləyiş gözləmir.

Mediamaks agentliyinin yaydığı məlumata görə, həmsədrlər bu gün Ermənistan prezidenti Robert Köçəryanla çox açıq və konstruktiv görüş keçiriblər. "Biz optimizmin və pessimizmin əlamətlərini müzakirə etmişik. Əgər vasitəçiyəmsə və bu münaqişənin həlli üçün çalışıramsa, qeyri-optimist ola bilmərəm" - deyə amerikalı diplomat bildirib.

İyunun 5-də Ermənistan prezidenti Mediamaks agentliyinə müsahibəsində bunları deyib: "Mənə amerikalı həmsədrin nikbinliyinin mənbəyinin haradan qaynaqlandığı aydın deyil. Danışıqlar prosesinin hazırkı durum, habelə Azərbaycan tərəfinin son iki aydakı məlum bəyanatları müsbət nəticə üçün az ümid verir".

Brayzanın sözlərinə görə, onun nikbinliyi üçün son bir ildə nizamlanma prosesindəki dəyişikliklər əsas verir. O xatırladıb ki, bir il əvvəl ATƏT-in Minsk qrupunun həmsədri təyin ediləndə, vasitəçilər danışıqlar prosesini dayandırmaq qərarına gəlib və tərəflərə təklif ediblər ki, mövcud təklifləri özləri işləsinlər. Brayza yada salıb ki, bundan sonra Ermənistan və Azərbaycan XİN başçıları səviyyəsində bir neçə görüş keçirilib, Köçəryanla Əliyev arasında Minskdə danışıqlar aparılıb.

"XİN başçıların Belqraddakı aprel görüşündən sonra aydın oldu ki, prezidentlərin yeni görüşünə zərurət var. Bu görüş iyunun 9-da keçiriləcək. Beləliklə, bu il prosesdə keyfiyyət dəyişiklikləri oldu və məhz bu, nikbinliyim üçün əsas verir" - deyə Brayza bildirib.

Amerikalı həmsədr qeyd edib ki, tərəflər arasındakı anlaşılmazlıqların sayı azalır, lakin hələ bəzi fikir ayrılıqlar qalır.

Fransalı həmsədr Bernar Fasye isə bildirib ki, nizamlanmadakı irəliləyiş barədə yalnız o halda danışmaq mümkün olacaq ki, Ermənistan və Azərbaycan prezidentləri öz xarici işlər nazirlərinə sülh müqaviləsinin mənti üzərinlə işləməyi tapşırsınlar.

Ermənistan XİN başçısı Vardan Oskanyanın "erməni tərəfi üçün əsas Dağlıq Qarabağın statusu məsələsidir" fikrini şərh edən Brayza bunları deyib: "Hər bir tərəfin öz prioritetləri var və mənim üçün erməni tərəfinin bu cür yanaşması sürpriz deyil.

Bu prosesi işləyərkən biz gözüyumulu hərəkət etmirdik, ermənilər üçün status və təhlükəsizlik məsələlərinin əhəmiyyətini nəzərə alırdıq".

Xəbər lenti

Xəbər lenti