...

Xüsusi nümayəndə: "NATO Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdardır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyun 2007 12:52 (UTC +04:00)
Xüsusi nümayəndə: "NATO Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına tərəfdardır"

NATO Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Bunu Yerevanda Ermənistan XİN başçısı Vardan Oskanyanla birgə brifinqdə NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons deyib.

"Həminşə demişik ki, Ermənistanla Azərbaycan üçün Qarabağ probleminin həllini danışıqlar masası arxasında təmin etmək vacibdir" - deyə o vurğulayıb.

Simmons tərəflərinin, habelə ATƏT-in Minsk qrupunun müvafiq istiqamətdəki səylərindən məmnun qaldığını deyib və ümidvar olduğunu bildirib ki, danışıqlar prosesi uğurla nəticələnəcək.

"Biz hərbi əməliyyatların bərpası ilə bağlı ritorik bəyanatları alqışlamırıq. NATO danışıqların davam etdirilməsini istəyir" - deyə o qeyd edib.

Öz növbəsində Oskanyan Ermənistanın Azərbaycanla Qarabağ nizamlanması istiqamətində danışıqları davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb. (Novosti-Armeniya)

Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 9-da Sankt-Peterburqda MDB-nin qeyri-formal sammiti çərçivəsində keçirilib.

NATO baş katibinin xüsusi nümayəndəsi Simmons Ermənistana çərşənbə günü üçgünlük səfərlə gəlib. Səfər çərçivəsində Simmons Ermənistan prezidenti Robert Köçəryan, parlament sədri Tiqran Torosyan, baş nazir Serj Sarkisyan, müdafiə naziri Mikael Arutyunyan və XİN başçısı Vardan Oskanyanla görüşüb.

Xəbər lenti

Xəbər lenti