Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / ANAMA-nın direktoru Nazim İsmayılov çərşənbə axşamı mətbuat konfransında bildirib ki, Azərbaycan torpaqlarının minalardan təmizlənməsi üzrə milli agentlik və NATO-nun maddi-texniki təminat üzrə agentliyi (NAMSA) torpaqların partlamayan minalarıdan təmizlənməsi üzrə Saloğlu layihəsinin ikinci mərhələsində əməkdaşlığı davam etdirəcəklər.
Onun sözlərinə görə, layihənin ikinci mərhələsi Azərbaycan ərazilərini partlamayan minalardan və döyüş sursatlarından təmizlənməsi tədbirləri daxildir. Gələcəkdə isə üçüçncü mərhələ həyata keçiriləcək ki, buraya da minalar və döyüş sursatlarının əhalidən yığılması aiddir.
İsmaylovun sözlərinə görə, Saloğlu layihəsinin birinci mərhələsində 562 hektar ərazi təmizlənib, 255 min partlamayan mina və döyüş sursatı tapılıb, onlardan 78-i artıq məhv edilib.
ANAMA rəhbərinin sözlərinə görə, hər gün agentlik tərəfindən 10 min kvadratmetr ərazi təmizlənir, orta hesabla hər hektarda 600-800 partlamayan mina və döyüş sursatı aşkar edilib.
"Agentlik artıq ikincii mərhələnin reallaşmasına başlayıb və ən çətin ərazi olan episentrə yaxınlaşır. Bu məqsədlər üçün əlavə maliyyə vəsaiti ayrılacaq. Bütün bu tədbirləri biz NAMSA ilə birlikdə həyata keçiririk" - deyə İsmayılov bildirib.
Onun sözlərinə görə, Saloğlu layihəsinin reallaşmasının üçüncü mərhələsində 44 mln. kvadratmetr ərazidə iş aparılması planlaşdırılır.
NAMSA-nın baş meneceri Myuntser müxtəlif layihələrlə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
"Təxmini proqnozlar ondan xəbər verir ki, hələ ki, 470 -500 min döyüş sursatı məhv edilməyib" - deyə general Myüntser bildirib. Onun sözlərinə görə, NAMSA Azərbaycan hökuməti, ANAMA və HAHA ilə birlikdə ölkədə iki iri layihə həyata keçirir: Saloğlu və Melanj.
"Biz gələcəkdə də Azərbaycana bu istiqamətdə yardım etməyə hazırıq" - deyə o bildirib.
Onun sözlərinə görə, NAMSA Müdafiə Nazirliyinin islahatlarını dəstəkləyir və Azərbaycan hərbçilərinin NATO-nun tədbirlərində daha aktiv təmsil olunması üçün əlindən gələni etməyə hazırdır.