...

Sabah ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada görüşcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2007 19:44 (UTC +04:00)
Sabah ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada görüşcəklər

Azərbaycan, Bakı / müx. Trend K.Ramazanova / Cümə axşamı ATƏT-in mətbuat katibi Mahmud Nesirskinin Vyanadan telefonla verdiyi məlumata görə, sabah ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk qrupunun həmsədrləri Vyanada görüşəcəklər.

Diplomatlar Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələhətləşmələri davam etdirəcək, Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Vardan Oskanyanla aparılmış danışıqların yekunlarını müzakirə edəcəklər. Həmsədrlərin Vyana görüşünün yekunları ilə bağlı bəyanatla çıxış edəcəkləri gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi ilə başlayıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabaq ərazisi və onun ətrafındakı 7 rayon Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsdrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Sonuncu dəfə Minsk qrupunun həmsədrləri rəsmi olaraq Madriddə ATƏT-in hazırkı sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos ilə may ayının əvvəlində məsləhətləşmələr aparıblar və bundan sonra münaqişə regionuna iki dəfə səfər ediblər. Azərbaycan və Ermənisitan prezidentləri arasında sonuncu görüş iyun ayının əvvəlində baş tutub.

Xəbər lenti

Xəbər lenti