...

Gürcü parlamentarisi: Qondarma DQR-dəki prezident seçkiləri Bakıya siyasi təyziq cəhdidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2007 19:41 (UTC +04:00)
Gürcü parlamentarisi: Qondarma DQR-dəki prezident seçkiləri Bakıya siyasi təyziq cəhdidir

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ Qondarma Dağlıq Qarabağda prezident seçkiləri qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Bu barədə Trend ə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Kote Qabaşvili bildirib.

"Dünyanın müxtəlif bölgələrində separatçılar bu cür seçkilər keçirir, həmçinin Gürcüstanda da. Onlar qeyri-legitimdir və heç kim tərəfindən tanınmır. Amma ilbəil biz bu cür hoqqabazlıqları prezident, parlament seçkiləri və s.-də müşahidə edirik", - deyə gürcü siyasətçisi bildirib.

Qabaşvili qeyd edib ki, bu cür qeyri-legitim seçkilər keçirməklə separatçı regionlar daxil olduqları ölkəyə siyasi təsir etmək məqsədi güdürlər.

Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dost dövlətin sərhədlərinin pozulmazlığı prinsipindən çıxış edir. Qabaşvilinin sözlərinə görə, "dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilat bu seçkiləri tanımır".

Xəbər lenti

Xəbər lenti