...

Azərbaycanda olan erməni əsir Ermənistan vətəndaşlığından imtina etmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2007 13:08 (UTC +04:00)
Azərbaycanda olan erməni əsir Ermənistan vətəndaşlığından imtina etmək istəyir

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda olan erməni əsir Valeri Stepanyan Ermənistan vətəndaşlığından imtina etmək istəyir. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məlumat verib.

Onun sözlərinə görə, erməni əsir öz dövlətinə qayıtmaqdan qorxur.

"Bizdə məlumat var ki, Stepanyanın bu mövqeyinə görə Ermənistan xüsusi xidmət orqanları onun ailəsini incitməyə başlayıb" - deyə Sabiroğlu bildirib.

Stepanyan Ermənistan Silahlı Qüvvələrində xidmət edərkən Azərbaycan tərəfinə əsir düşüb.

Xəbər lenti

Xəbər lenti