...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilər Tərtər, Goranboy və Ağdam istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 16-sı və 17-də müxtəlif saatlarda Tərtər, Goranboy və Ağdam istiqamətində atəşkəsi pozublar. Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, erməni silahlı birləşmələri Tərtər rayonunun Cerabert kəndinin şərqində və cənubunda yerləşən mövqelərindən, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən, Ağdam rayonunun Şıxlar kəndinin cənub-şərqində yerləşən mövqelərindən, həmin rayonun Sarıcalı kəndinin şimal-şərqindən və Məmmədbağırlı kəndinin cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti