...

Nazir müavini: " Ermənistan DİN-in rəhbərinin Bakıya səfərində qeyri-adi heç nə yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2007 14:25 (UTC +04:00)
Nazir müavini: " Ermənistan DİN-in rəhbərinin Bakıya səfərində qeyri-adi heç nə yoxdur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ "Azərbaycan və Ermənistan MDB-nin bərabərhüquqlu üzvləridir və təşkilat qarşısında bir sıra öhdəliklərə malikdir. Ermənistanın daxili işlər nazirinin Bakıya bu yaxınlarda gözlənilən səfəri MDB-nin strukturunun iclasında iştirakı ilə əlaqədar olduğundan, burada qeyri-adi heç nə yoxdur". Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın 20 ilə yaxın bir müddətdə müharibə vəziyyətində olduğu ölkənin yüksək vəzifəli şəxsinin Bakıya gəlişinə rəmsi Bakının mövqeyi ilə bağlı fikir bildirərkən qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və ona bitişik 7 rayonu Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki , nəticəsiz sülh danışıqları aparılır.

Nazir müavininin sözlərinə görə, Azərbaycanın rəsmi şəxsləri dəfələrlə İrəvana gedərək, hər iki ölkənin daxil olduğu müxtəlif beynəlxalq təşkilatların strukturlarının iclaslarında iştirak ediblər.

"Ermənistanın rəsmi şəxsləri nə qədər çox Azərbaycan gələrlərsə, bir o qədər onlar Azərbaycanın inkişafı və çiçəklənməsi ilə yaxından tanış olarlar və bu bizim üçün Azərbyacan reallıqlarının təbliğatı baxımından sərfəlidir" - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti