...

"Azərbaycan yolu" Hərəkatı kütləvi aksiyalara başlayacaq

Siyasət Materials 11 Sentyabr 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatı sentyabrın sonu, oktyabrın əvvəlindən kütləvi aksiyalara başlayacaq. Bu barədə çərşənbə axşamı Trend ə açıqlamasında Hərəkatın sədri İlqar Qasımov məlumat verib.

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) siyasi partiya və hərəkatların Koordinasiya Şurasında ("Xalqın iradəsi naminə GUAM Birliyi") təmsil olunur.

Qasımov bildirib ki, GUAM ölkələrində ərazi bütövlüyü problemi ilə əlaqədar sentyabrın 22-də dörd ölkədə həmrəylik mitinqləri keçiriləcək. Azərbaycanda təşkil olunacaq aksiya ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq: "Bakı şəhər İcra Hakimiyyəti mitinqlər üçün yerlər ayırıb və biz razılaşdırılmış aksiyalar keçirəcəyik" - deyə Qasımov bildirib.

Həmrəylik mitinqlərində dörd ölkənin ərazi bütövlüyünün bərpası, separatçılara qarşı birgə mübarzə tələbləri səsləndiriləcək. Qasımovun sözlərinə görə, GUAM ölkələrinin siyasi təşkilatları Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

"Azərbaycan yolu" Hərəkatı həmçinin sosial-iqtisadi problemlərlə əlaqədar etiraz aksiyaları keçirəcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Qarabağda isə separatçı rejim fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti