...

Bu ilin 8 ayında respublikda narkotiklərlə bağlı 1832 cinayət qeydə alınıb

Siyasət Materials 19 Sentyabr 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bu ilin 8 ayında respublikda narkotiklərlə bağlı 1832 cinayət qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından çərşənbə günü Trend ə verilən məlumta görə, cinayətlərin 1074-ü narkotiklərin saxlanması, 648-i satışı, 92-si isə əkini ilə bağlıdır.

Cari ilin 8 ayında hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən 831 kiloqramdan artıq müxtəlif növ narkotik maddə çıxarılıb. Qanunsuz dövriyyədən çıxarılan noarkotiklərin 543 kq-dan çoxu həşiş, 91 kq-dan çoxu marixuana, 59 kiloqrama yaxını tiryək, 39 kiloqramı heroin və digər narkotik vasitələr olub.

Bu müddətdə yabanı bitmiş və qanunsuz əkilib-becərilmiş 313 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti