...

XİN rəhbəri: "NATO və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində xüsusi yer tutur"

Siyasət Materials 20 Sentyabr 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /NATO və Avro-atlantik strukturlarla əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Bakıda NATO Parlament Assembleyasının Demokratik İdarəetmə üzrə Alt Komitəsinin sədri, bolqarıstanlı deputat Çətin Kazakın rəhbərlik etdiyi numayəndə heyəti ilə görüşündə belə deyib.

"Azərbaycan NATO ilə Fərdi Tərəfdaşlıq Proqramının ikinci mərhələsini həyata keçirir. Bu çərçivədə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlər görülür", -deyə XİN başçısı bildirib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin artıq yekunlaşmaq üzrə olduğunu deyən Məmmədyarov qeyd edib ki, Azərbaycan Avstriya tərəfindən irəli sürülən Nabukko layihəsinə xüsusi maraq göstərir.

Məmmədyarov Dağlıq Qarabağ, eləcə də Cənubi Qafqazda mövcud olan digər münaqişələrin regionun inkişafına və Avropaya inteqrasiyanın dərinləşməsinə əngəl yaratdığını bildirib.

NATO Parlament Assambleyası Demokratik İdarəçilik Alt Komitəsi nümayəndə heyətinin çərşənbə günü Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində XİN, MTN, Müdafiə Nazirliyi, Milli Məclisdə bir sıra görüşlər keçirəcək nümayəndə heyəti, Azərbaycanda siyasi, iqtisadi, hərbi, insan hüquqları, demokratik inkişaf sahələrindəki vəziyyəti öyrənəcək, bu sahələrdə aparılan islahatlarla tanış olacaq. Səfərin yekunlarına dair hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti