...

NATO PA-da Cənubi Qafqaz ölkələrinin təqdim etidiyi məruzə müzakirə olunacaq

Siyasət Materials 21 Sentyabr 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /NATO Parlament Assambleyasının payız sessiyasında Azərbaycan, Gürcüstan və Ermənistanın təqdim etdiyi xüsusi məruzələr müzakirə olunacaq. Bu barədə cümə günü Bakıda keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib.

"Azərbaycan, Gürcüstan və Ermənistan NATO ilə əlaqələri, qurumun standartlarına uyğunlaşmaq üçün aparılan hərbi islahatlar, insan hüquqları, demokratiya ilə bağlı xüsusi məruzə hazırlayıb və məruzə payız sessiyasında müzakirə olunacaq" - deyə Əsgərov vurğulayıb.

Cənubi Qafqaz ölkələrinin NATO ilə əlaqələrinə dair məruzə hazırlaması haqda qərar NATO Parlament Assambleyasının Portuqaliyada keçirilən yaz sessiyasında qəbul olunub.

Əsgərovun sözlərinə görə, müzakirələrin sonunda hər hansı qərarın qəbul olunması nəzərdə tutulmayıb.

Azərbaycan, Gürcüstan və Ermənistan NATO Parlament Assambleyasının tam hüquqlu deyil, assosativ üzvüdür. Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov rəhbərlik edir.

NATO Parlament Assambleyasının payız sessiyası oktyabrın 5-dən 9-dək İslandiyanın Rekyavik şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti