...

Azərbaycan prezidenti Buxarestə işgüzar səfər edəcək

Siyasət Materials 22 Sentyabr 2007 13:21 (UTC +04:00)
Azərbaycan prezidenti Buxarestə işgüzar səfər edəcək

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev Buxarestə işgüzar səfər edəcək. Bu barədə şənbə günü, prezidentin sentyabrın 24-25-də Rumıniyaya nəzərdə tutulan səfərini şərh edərkən, Azərbaycan Prezident Apparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Şöbə müdrinin sözlərinə görə, Rumıniya prezidenti Troyan Basesku GUAM sammitində iştirak çərçivəsində Azərbaycana səfəri zamanı prezident Əliyevi Rumıniyaya dəvət edib.

Qarşıdakı səfər zamanı Azərbaycan prezidenti Ruminiyada bir sıra işgüzar görüşlər keçirəcək, Buxarestdə Azərbaycanın eks-prezidenti Heydər Əliyev adına parkın açılış mərasimində iştirak edəcək.

"Dövlət başçısının Buxarestdə Rumıniya Hökumətinin qərarı ilə açılan Heydər Əliyev Fondunun filialına baş çəkəcəyi də gözlənilir" - deyə Məmmədov bildirib.

"Şərqi Avropada Azərbaycanın yaxşı tərəfdaşları mövcuddur. Onların arasında Polşa, Rumıniya və Baltikyanı ölkələri qeyd etmək olar" - deyə şöbə müdri əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Rumıniyanın münasibətləri yaxşı səviyyədədir, dövlət başçıları tez-tez görüşürlər və müxtəlif mövzularda danışıqlar aparırlar.

Səfər zamanı "Nabukko" layihəsi çərçivəsində iki ölkənin energetika sahəsində əməkdaşlığı danışıq mövzusu olacaq.

"Nabukko" qaz kəmərnin 2011-ci lidə istismara verilməsi nəzərdə tutulub. Layihə 5 mlrd. avro dəyərində qiymətləndirilir. "Nabukko" layihəsi 20 faiz iştirak payı ilə Avstriyanın "OMV" şirkətidir. Dörd min km uzunluğunda olan "Nabukko" qaz kəməri, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə, Avropanı Orta Asiya və Xəzər qazı ilə təmin edəcək. "Nabukko"nun hazırlanması ilə Avstriya "OMV"si, Macarıstanın "MOL" şirkəti, Türkiyənin "Botas" və Bolqarıstanın "Bulgargaz", həmçinin, Rumıniyanın "Transgaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti