...

İran səfirliyi qarşısında keçirilən aksiyada saxlanılanlar sərbəst buraxılıblar

Siyasət Materials 24 Sentyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bazar ertəsi İranın Azərbaycandakı səfirliyi qarşısında keçirilmiş etiraz aksiyası zamanı saxlanılan piketçilər sərbəst buraxılıblar. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

DAK, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və digər təşkilatların fəalları İranda dərs ilinin başlanması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil ala bilməməsinə, fars hakimiyyətinin azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə, Güney Azərbaycanda milli hərəkat fəallarının kütləvi həbsinə, sürgün olnmasına etirazını bildirirlər.

Aksiyanın qarşısı polislər tərəfindən alınıb. Aksiyaçılar əllərində "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Türk milləti ölən deyil, öz dilindən dönən deyil!", "Məhbuslara azadlıq!" şüarları ola plakatlar tutmuşdular. Polislər aksiyaçıların əllərindəki bayraqları, şüarlar yazılmış plakatları alıblar, on iki nəfəri saxlayaraq Səbail rayon 9-cu polis bölməsinə aparıblar.

Bölmədə saxlanılan şəxslərə cərimə tətbiq olunmayıb. Onlara yalnız xəbərdarlıq edərək sərbəst buraxıblar.

Xəbər lenti

Xəbər lenti