...

Səfir: "Qəbələ RLS-in vəziyyəti ilə bağlı ekspertlərin hesabatını öyrənmək üçün ABŞ-a vaxt lazımdır"

Siyasət Materials 25 Sentyabr 2007 16:26 (UTC +04:00)
Səfir:  "Qəbələ RLS-in vəziyyəti ilə bağlı ekspertlərin hesabatını öyrənmək üçün ABŞ-a vaxt lazımdır"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Vaşinqtonda ekspertlərin sentyabrın ortalarında Qəbələ RLS-ə gedərək, stansiyanın vəziyyəti barədə topladıqları məlumatlar nəzərdən keçirilir. Bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörsi məlumat verib. ABŞ, Rusiya və Azərbaycan ekspertləri sentyabrın 18-də Rusiyanın Amerikaya, Avropada RƏM sistemindən imtina etmək müqabilində, birgə istifadə etməyi təklif etdiyi Qəbələ RLS-in vəziyyətini öyrənmək üçün stansiyaya səfər ediblər.

"Stansiyanın vəziyyətini tamamilə öyrənmək üçün ABŞ-a vaxt lazımdır",-deyə səfir bildirib.

Onun sözlərinə görə, buna həftələr və aylarla vaxt sərf oluna bilər. Ümumilikdə səfir ekspertlərin işini uğurlu adlandırıb.

"Rusiya Qəbələ RLS-in birgə istifadə olunması ilə bağlı təkmilləşdirilmiş təkliflər variantını ABŞ-a təqdim edib",-deyə ötən həftə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

Nazir müavini bildirib ki, söhbət Qəbələ RLS-in müasirləşdirilməsindən gedir. "RLS-in bugünkü vəziyyəti Rusiyanın Amerikaya təqdim etdiyi yeni təkliflərin həyata keçirilməsi üçün lazım olan tələblərə cavab vermir",-deyə nazir müavini söyləyib.

"Bizim Rusiya ilə raket əleyhinə müdafiə məsələsi üzrə Vaşinqton və Parisdəki ikitərəfli müzakirələrimizə əsaslanaraq, biz inanırıq ki, ballistik raketlərin mövcud və artan təhlükəsinin qarşısını almaq məqsədilə əlverişli əməkdaşlıq üçün imkan mövcuddur",-deyə ABŞ-ın Raket Müdafiəsi Nazirliyinin direktor müavini, briqada generalı Patrik Cey Oreyli amerikalı, rus və azərbaycanlı yüksək vəzifəli ekspertlərin Qəbələ RLS-ə səfərindən sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu səfərin nəticəsi informasiya toplanılmasıdır. Bu informasiya oktyabr ayında Amerika-Rusiya ekspertlərinin növbəti görüşündə müzakirə olunacaq.

"Birləşmiş Ştatlar bu təklif üzrə istənilən irəliləyişlə bağlı, Azərbaycan hökuməti ilə sıx məsləhətləşmələr aparacaq",-deyə Oreyli söyləyib.

Əzimovun sözlərinə görə, stansiyasnın modernləşdirilməsi Azərbayacan üçün Qəbələ RLS-in əhəmiyyətini artıracaq. Nazir müavini, həmçinin, stansiyanın müasirləşdirilməsinin, Azərbaycanın təhlükəsizliyinə qarşı yarada biləcəyi mümkün təhdidlərdən Azərbaycan tərəfinin narahatlığını qeyd edib.

"Azərbaycan üçün əsas ölkənin təhlükəsizliyi üçün RLS-dən minumum zərərdir ki, bu da stansiya Rusiyaya icarəyə təqdim olunarkən, Azərbaycan və Rusiya arasınadakı razılaşmada ayrıca bənd kimi göstərilib",-deyə o söyləyib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, stansiyanın birgə istfadə olunmasını təklif edib. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti