...

Bakıda "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" adlı beynəlxalq konfrans keçirilir

Siyasət Materials 27 Sentyabr 2007 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov cümə axşamı bildirib ki, siyasi partiyalar dünyada sivilizasiyalararası münasibətləri müsbət istiqamətə yönləndirmək imkanına malikdirlər. Bununla bağlı o, Bakıda keçirilən "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" adlı beynəlxalq konfransda çıxış edib.

Əhmədov çıxışında bildirib ki, xalqlar, dövlətlər, sivilizasiyalar daim bir-bir ilə yarışır, lakin bu təkmilləşmək, kamilləşmək naminə lazımdır. Amma bəzən sivilizasiyalararası qarşıdurmalar yaranır və təhlükəli həddə çatır.

Latviya Seyminin (parlament) sədr müavini Karina Petersone məruzəsində bildirib ki, siyasi partiyalar hər bir ölkədə demokratiyanın təminatı, onun inkişafı üçün alətdir.

Türkiyə təmsilçisi "Sivilizasiyaların dialoqu" beynəlxalq forumun üzvü Cəmal Usak bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətindən danışıb, islam dinindən nümunələr gətirərək, fərqliliyə qarşı dözümlülüyün sivilizasiyalararası dialoqun yaranmasında mühüm rol oynadığını deyib.

Konfransda Hindistan, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Türkiyə, İran, Avstriya, Kanada, Bolqarıstan, Latviya, Rumıniya, Moldova, Macarıstan, Vyetnam, Çin, Fransa, Misir və Azərbaycanın hökumət nümayəndələri, parlament üzvləri və hakim partiyalarının təmsilçiləri iştirak edirlər. Konfransın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub oxunub. Azərbaycan prezidenti məktubunda sivilizasiyalararası dialoqun inkişafında siyasi partiyaların rolunu yüksək qiymətləndirdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti