...

Gəncə-Bakı magistral yolunda hərbi maşının aşmasında sürücü təqsirli bilinib

Siyasət Materials 28 Sentyabr 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə-Bakı magistral yolunda aşan hərbi maşında sürücü əsgər yol hərəkəti qaydalarını pozmaqla təhlükəli vəziyyət yaratmaqda təqsirləndirilib, işi aparan Gəncə şəhər Hərbi Prokurorluğunun müstəntiqi İsmayıl Abbasov cümə günü Trend in bölgə müxbirinə məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı aparılan ekspertiza rəyində sürücü Eldəniz Həbibovun hadisənin qarşısını ala biləcəyinə texniki imkanı olması göstərilib.

Sürücü Həbibovun idarə etdiyi N saylı hərbi hissəyə məxsus maşın iyulun 19-da Gəncə-Bakı magistral yolunun 10 klometrliyində ("Nizami Məqbərə"sinin yanında) aşıb. Hadisə zamanı 25-ə yaxın hərbçi müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 351-ci (maşınları idarəetmə və istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.

Abbasov istinaq materiallarının yaxın vaxtlarda hərbi məhkəməyə göndəriləcəyini bildirib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti