...

İqtidaryönlü partiyaların Məşvərət Məclisi yeni fəaliyyət proqramı hazırlayır

Siyasət Materials 29 Sentyabr 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın iqtidaryönlü partiyalarını özündə birləşdirən Məşvərət Məclisinin zəif fəaliyyət göstərməsi təşkilatlanma işinin olmaması ilə bağlıdır, şənbə günü Trend ə qurumun sədri Məmməd Əlizadə bildirib. Onun sözlərinə görə, quruma üzv olan partiyalar təşkilatlanma işini başa vurduqdan sonra, Məclis yeni fəaliyyət proqramını hazırlayacaq.

"Məşvərət Məclisinə üzv olan partiyalar ciddi sosial bazaya malik olmalıdır və təşkilatlanmalıdır" -Əlizadə deyib.

Məşvərət Məclisində 10 iqtidaryönlü partiya cəmləşib. Qurumun fəaliyyəti 2003-cü il prezident seçkilərindən sonra aktiv siyasətdə görünmür.

Əlizadə deyib ki, gələn il keçiriləcək prezident seçkilərinə rəsmi start verildikdən sonra, qurum İlham Əliyevin namizədliyini irəli sürəcək və fəaliyyətini aktivləşdirəcək.

Xəbər lenti

Xəbər lenti