...

MDB-yə üzv ölkələrdə seçki prosesinin müşahidəsinin təşkili məsələsi müzakirə olunacaq

Siyasət Materials 29 Sentyabr 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/MDB -yə üzv ölkələrdə seçki prosesinin müşahidəsiin təşkili məsələsi Sankt-Peterburqda müzakirə olunacaq. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, Sankt-Peterburqda Demokratiyanın inkişaf etdirilməsi, parlamentarizmin möhkəmləndirilməsi və vətəndaşların səsvermə hüquqlarının təmin olunmasının monitorinqi Beynəlxalq Institutunun təşkil etdiyi seminar keçiriləcək.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının  sədr müavini  Elton Məmmədov bu tədbirlərdə iştirak etmək üçün oktyabrın 1-dən 8-dək Rusiyada səfərdə olacaq.

Millət vəkili Tomsk Dövlət Memarlıq-Inşaat Institutunun 50 illik yubileyində də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti