...

Xüsusi nümayəndə: "Avropa İttifaqının Azərbaycanın enerji resurslarına marağı pisləşməkdə olan hüquqi standartlara göz yumulmasına səbəb olmayacaq"

Siyasət Materials 3 Oktyabr 2007 19:35 (UTC +04:00)
Xüsusi nümayəndə: "Avropa İttifaqının Azərbaycanın enerji resurslarına marağı pisləşməkdə olan hüquqi standartlara göz yumulmasına səbəb olmayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqının Azərbaycanın enerji resurslarına və tranzit potensialına marağı, pisləşməkdə olan hüquqi standartlara göz yümulmasına səbəb olmayacaq. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzər xüsusi nümayəndəsi Piter Semnebi Avropa Parlamentinin Beynəlxalq Münasibətlər Komtəsinə müraciətində bəyan edib.

"Biz demokraktik islahatların keçirilməsinin, insan hüquqları və KİV azadlığına hörmətlə yanaşılmasının vacibliyinə göz yuma bilmərik", - deyə o bildirib.

"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu dəstəkləyir. Onun sözlərinə görə, Aİ münaqişə zonalarında əhalinin tədric olunması hallırını minimuma endirmək üçün "inamın yaradılması", insanlar arasında əlaqələrin artırılması məsələlərinə böyük diqqət ayıracaq.

Xəbər lenti

Xəbər lenti