...

ABŞ dövlət katibi Qəbələ RLS-i müzakirə etmək üçün səfər edəcək

Siyasət Materials 6 Oktyabr 2007 14:13 (UTC +04:00)
ABŞ dövlət katibi Qəbələ RLS-i müzakirə etmək üçün səfər edəcək

Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı Rusiya tərəfinin təklifi ABŞ-ın dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robber Geytsin oktyabrın 12-də Moskvada rusiyalı həmkarları ilə keçirəcək görüşü zamanı müzakirə olunacaq.

Corc Buş administrasiyası Rusiyanın Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifini "maraqlı" hesab edir və raket əleyhinə müdafiə sistemində Rusiyanın ABŞ-la birgə iştirakını mümkün hesab edir. Bu barədə cümə günü Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Daniel Frid bildirib.

"Biz Rusiya tərəfinin təklifini maraqlı hesab edirik ki, bu təklif uzaqgörən təklifdir və raket əleyhinə müdafiə sistemində ciddi strateji əməkdaşlıq üçün imkanlar yaradır" - deyə Frid bildirib.

Fridin sözlərinə görə, RƏMS məsələsi gələn həftə Moskvada Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri və müdafiə nazirlərinin 2+2 formatında keçirələcək ikigünlük görüşü zamanı müzakirə olunacaq əsas məsələ olacaq.

"Biz Rusiya tərəfinə bildirəcəyik ki Azərbaycanda, ola bilsin ki, Rusiyanın özündə radar obyekti ilə bağlı Rusiyanın təklifi RƏMS sahəsində əməkdaşlıqla bağlı səy göstərmək üçün imkanlar yaradır və biz istərdik ki,bu məsələ elə bir tərzdə qaldırılsın ki, biz NATO-nun nə etdiyindən, AŞB-ın, Polşa və Çexiyanın nə edə biləcəyindən və Rusiyanın nə təklif edə biləcəyindən xəbərdar olaq" - deyə amerikalı diplomat bildirib.

"Beləliklə, problemi yenidən qoymaq lazımdır ki, biz, ruslar, NATO və ya Rusiya-NATO şurası ümumi sistemlərin və ya sistemlərin ümumi şəbəkəsinin yaradılması ilə bağlı birgə iş apara bilsinlər və bu sistemlər təhlükəsizliyə töhvə vermiş olsun, rusların narahatlığını aradan qaldırsın, əgər onlar sistemin bir hissəsi olarlarsa, onlar bu sistemin onlara qarşı yönəlmədiyinə daha da əmin ola bilərlər" - deyə Frid bildirib.

Frid bir daha qeyd edib ki, ABŞ RƏMS-in məhz Polşa və Çexiyda yerləşdirilməsinin tərəfdarıdır.

Rusiya dəfələrlə ABŞ-ın Avropada RƏMS yerləşdirilməsi ilə bağlı planlarından narahat olduğunu bəyan edib. Moskva hesab edir ki, ABŞ-ın Avropada raket əleyhinə baza yaratması Amerikanın Avropada hərbi mövcudluğunun əsas rekonfiqurasiyasıdır. Rusiya Avropada RƏMS yerləşdirilməsinin əvəzinə Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib.

"Radarın və rektin yerləşdirilməsi hər hansı siyasi mülahizələr tərəfindən diktə olunmur, bu, coğrafi əhatə məsələləri ilə bağlıdır. Goğrafi baxımdan Polşa ə Çexiya ideal mövqedə yerləşir" - deyə Frid bildirib.

Frid əlavə edib k i, Qəbələ RLS ABŞ-ın RƏMS sistemini tamamlaya bilər.

"Qədələ və Çexiyada yerləşən radar elə bil bir-biri üçün yaradılıb, bu stansiyalar birləşdiyi təqdirdə İranın ballistik raketlərini izləmək üçün daha yaxşı şərait yaranacaq" - deyə Frid bildirib.

"Qəbələyə səfər edən ekspertlərimiz aşkar ediblər ki, stansiya ciddi imkanlara malikdir" - deyə diplomat bildirib.

Frid həmçinin bildirib ki, ABŞ dövlət katibinin beynəlxalq təhlukəsizlik məsələləri üzrə müavini Con Rud, ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Erik Edelman çərşənbə axşamı Moskvaya yola düşəcəklər. Onlar cümə axşamı və cümə günü ABŞ-ın dövlət katibi Kondoliza Rays və ABŞ-ın müdafi naziri Robert Geytsin iştirakı ilə baş tutacaq görüşü təşkil etmək üçün Rusiya paytaxtında danışıqlar aparacaqlar.

"2+2 formatında danışıqlar cümə və şənbə günləri keçiriləcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti