...

Azərbaycanın birinci xanımı Moskvada beynəlxalq festivalımn açılışında iştirak edib

Siyasət Materials 9 Oktyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoş məramlı səfiri Mehriban Əliyeva çərşənbə axşamı Moskvada, oktyabrın 11-nə qədər dabvam edəcək "BiblioObraz-2007" beynəlxalq festivalının açılışında iştirak edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən telefonla verilən məlumata görə, Rusiyanın birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə təşkil olunan festivalda Azərbaycan ayrıca stendlə təmsil olunur. Azərbaycanın birinci xanımı stendə baxaraq, sərgilənən eksponatlarla tanış olub.

Festival çərçivəsində bir sıra tədbirlər keçiriləcək ki, bu tədbirlərin sırasına "Azərbaycana musiqili səyahət", yəni kitabın və məktəb multimediasının səhnələşdirilmiş təqdimatı, milli musiqi alətləri ilə tanışlıq, rus rəssamı S.S. Qaqarinin gözü ilə Azərbaycanın milli geyimlərinin təqdimatı daxildir.

Növbəti mövzu "Möcüzəli atəşfəşanlıq" mövzusudur ki, bu zaman məktəb teatrları üçün gəlinciklərin hazırlanması və ipək üzərində naxışlar üzrə ən yaxşı əsərlər təqdim olunacaq. Oğlanın və daylağın dostluğundan bəhs edən "Dostluq" filminin təqdimatı və rejissor Lalə Axundova ilə görüş də baş tutacaq. Pantomim teartrı Azərbaycan folkloru motivləri əsasında "Məlikməmməd" nağılından fraqmentlər nümayiş etdirəcək, interaktiv şou Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovki tərəfindən aparılacaq.

Həmçinin, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçiriləcək və rəssam Nüsrət Hacıyevin "Məlikməmməd" nağılının motivləri əsasında, uşaq kitablarına çəkdiyi illüstrasiyaları ilə tanışlıq aparılacaq.

Festivalın açılışında MDB dövlət başçılarının xanımları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti