...

ABŞ-ın Azərbaycandakı səfirliyi mədəniyyət sahəsində qrant- layihə elan edib

Siyasət Materials 10 Oktyabr 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ Konqresinin "Mədəniyyətin qorunub saxlanılması üzrə səfir fondu" proqramı çərçivəsində qrant- layihə elan edib. Bu barədə bu gün Bakıda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dersi və Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat veriblər.

ABŞ-ın Azərbayandakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və turizm nazirliyinin maliyyə dəstəyilə Bakının Qala qəsəbəsindəki məscid (17-18-ci əsrlər) bərpa olunacaq. Layihə yekun mərhələsindədir. Azərbaycan tərəfi və ABŞ səfirliyi Qala qəsəbəsindəki məscidin bərpası məqsədilə eyni həcmdə vəsait ayıracaqlar.

Gələn il Mədəniyyət və turizm nazirliyi Qaladakı Mədəniyyət evinin restavrasiyasına başlayacaq.

Layihələrin həyata keçirilməsi məqsədilə 38 min ABŞ dolları həcmində qrant ayrılıb. ABŞ artıq bu proqram çərçivəsində, bütün dünyada 10 mln. dollar dəyərində 378 layihə həyata keçirib. Azərbaycanda ilk belə layihə Qax rayonunun Qum kəndində qədim Alban mədəniyyət abidəsininin restavrasiyası məqsədilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti