...

Salyanda ev oğruları yaxalanıb

Siyasət Materials 10 Oktyabr 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Salyan rayon Polis İdarəsinin rəis müavini Mirzaağa Qafarovun verdiyi məlumata görə, Salyanda ev oğruları həbs edilib. Oğurluqda təqsirli bilinən 1976-cı il təvəllüdlü İlhamiz Zakir oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Nizami Əlövsət oğlu Abdullayev oktyabrın 8-dən 9-na keçən gecə Təfəkkür Sultanov küçəsində yerləşən, sahibi evdə olmayan 2 evi qarət etməkdə günahlandırılırlar. Aparılmış əməliyyat-axtarış nəticəsində İlhamiz Hüseynov Salyanda, Nizami Abdullayev isə Bakı şəhərində həbs olunublar. Hər iki şəxs əvvəllər oğurluq və narkotik maddələrdən isifadə üstündə məhkum olunublar. Rəis müavininin fikrincə, tutulanların digər cinayətlərdə iştirakı da istisna edilmir.

Xəbər lenti

Xəbər lenti