...

Bakıda MDB və Baltik ölkələrindən olan gənc liderlərin beynəlxalq forumu keçiriləcək

Siyasət Materials 12 Oktyabr 2007 01:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva/ Cümə günü Bakıda "Park İnn" mehmanxanasında MDB və Baltik dənizi ölkələrindən olan gənc liderlərin forumu keçiriləcək.

Forumda aşağıdakı məsələlər müzakirə olunacaq: "Müasir dünyada keçmiş sovet məkanı: gələcəyin strategiyasının müəyyənləşdirilməsi", "MDB və Baltik ölkələrinin mədəni -informasiya məkanı: bizi nə birləşdirir", "MDB və Baltik dənizi ölkələrində milliyyətçilik və ksenofobiya: bu kimi hallara qarşı necə mübarizə aparmalı?"

Forumun iştirakçıları qloballaşan dünyanın problemlərinə həsr olunan kommunikativ oyunda iştirak edəcəklər. Azərbaycanda kommunikativ oyun ORT kanalında "Özünüz mühakimə edin" proqramının aparıcısı, telejurnalist Maksim Şevçenko tərəfindən aparılacaq.

Bu tədbir sayca üçüncüdür. İlk iki oyun Rusiya tərəfinin təşəbbüsü ilə ötən və iniş il Soçidə keçirilib.

Forum təkcə geosiyasi və geostrateji maraqları koordinasiya etməyə deyil, həmçinin ən əsası gələcək əməkdaşlıq üçün sosial-mədəni bazis yaratmağa imkan verəcək. Forumun əsas konsepsiyası keçmiş sovet məkanını daha təhlükəsiz və perspektiv bir məkana çevirməkdir.

Xəbər lenti

Xəbər lenti