...

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının rəisi Azərbaycana gəlib

Siyasət Materials 16 Oktyabr 2007 11:08 (UTC +04:00)
Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının rəisi Azərbaycana gəlib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Təşkilatının rəisi Verdi Günel çərşənbə axşamı Bakıya səfəri başlayıb. Bu barədə Trend ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Günel səfər çərçivəsində Günel Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, transmilli mütəşşəkil cinayətkarlıqla, terrorizmlə mübarizə, miqrasiya məsələləri müzakirə olunacaq.

Türkiyəli nazir səfərin ilk günündə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Türkiyənin Azərbaycandakı səfirliyi Günelin səfəri ilə bağlı heç bir məlumat verməyib.

Ötən il Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun dəvəti ilə Türkiyənin keçmiş naziri Emre Taner Azərbaycana səfər edib.

Xəbər lenti

Xəbər lenti