...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 18 Oktyabr 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 17-də saat 16.45-dən oktyabrın 18-i saat 01.30-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən oktyabrın 18-i saat 00.12-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.10-dan 00.25-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur. Bu barədə cümə axşamı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti