...

Nümayəndə heyətinin rəhbəri: "AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi noyabrda təyin oluna bilər"

Siyasət Materials 22 Oktyabr 2007 17:48 (UTC +04:00)
Nümayəndə heyətinin rəhbəri: "AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi noyabrda təyin oluna bilər"

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə yeni həmməruzəçisi noyabrda təyin oluna bilər. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

"Noyabrın əvvəllərində Almaniyanın paytaxtı Berlində AŞPA Monitorinq Komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan üzrə yeni həmməruzəçinin təyin olunması məsələsi müzakirə olunacaq. Əgər bu məsələ noyabrda həll olunmasa, onda Monitorinq Komitəsinin dekabrda keçiriləcək iclasında yeni həmməruzəçi təyin olunacaq", -deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və AŞPA-nın monitorinqi altındadır. AŞPA-nın Azərbaycan üzrə həmmməruzəçisi, Böyük Britaniyadan olan deputat Toni Lloyid oktyabrda vəzifəsindən istefa verib.

Seyidov qeyd edib ki, artıq Azərbaycan üzrə həmməruzəçi təyin olunacaq namizədlər müəyyənləşdirilib və onların kimliyi Azərbaycan tərəfinə məlumdur: "Lakin həmməruzəçinin təyin edilməsi haqqında qərar olmadığına görə, namizədlərin kimliyini açıqlamaq istəmirəm. Yeni təyin olunacaq həmməruzəçinin Avropa Şurası prinsiplərini üstün tutacağına və obyektiv fəaliyyət göstərəcəyinə inanırıq".

Xəbər lenti

Xəbər lenti