...

Bakıda Gürcüstan vətəndaşı həbs edilib

Siyasət Materials 29 Oktyabr 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakı şəhərində Gürcüstan vətəndaşı həbs edilib. Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, keçirilən əməliyyat-axtarıç tədbirləri nəticəsində Nizami rayonu Qara Qarayev prospektində Bakı sakini Şükufə Həsənovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan alarkən Gürcüstan vətəndaşı tutulub. Aparılan axtarış zamanı onun üzərindən 0,246 qram heroin götürülb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti