...

Gürcüstanda Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarının toplantısı keçiriləcək

Siyasət Materials 29 Oktyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Gürcüstanda noyabrın 1-də maddi inzibati hüquq sahəsində iki günlük regional konfrans keçiriləcək. Tədbirdə Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarından 30-a yaxın nümayəndə iştirak edəcək, bazar ertəsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətindən (GTZ) bildirilib.

"Cənubi Qafqazda məhkəmə və hüquq islahatları" layihəsi çərçivəsində keçirilən konfransda maddi- inzibati hüququn üç mühüm sahəsi - torpaq planlaşdırma və tikinti hüququ, iqtisadi- inzibati hüquq və ətraf mühit hüququ müzakirə ediləcək.

GTZ 1993-cü ildən bəri Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə ,Cənubi Qafqazda məhkəmə və hüquq islahatları sahəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti