...

Prezidenti İlham Əliyev Türkiyənin Respublika günü münasibətilə Baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Siyasət Materials 29 Oktyabr 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı Türkiyənin Milli bayramı - Respublika günü münasibətilə təbrik edib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığını, xalqlarımızın iradə və məramını əks etdirən ən böyük sərvətimiz kimi dəyərləndirən Prezidenti İlham Əliyev, qarşılıqlı inam, etibar və dəstəyin parlaq mücəssəməsi olan münasibətlərimizin həmişə yaşayacağına və nəsillərdən-nəsillərə ötürülərək, xalqlarımızın rifahına, ölkələrimizin yüksəlişinə xidmət edəcəyinə böyük inamını ifadə edib.

Xəbər lenti

Xəbər lenti