...

Mərkəzi Seçki Komissiyasının sədri: "Seçicilərin barmaqlarının mürəkkəbə batırılması ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklər ediləcək"

Siyasət Materials 30 Oktyabr 2007 14:47 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri: "Seçicilərin barmaqlarının mürəkkəbə batırılması ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklər ediləcək"

Azərbaycan, Lənkəran / Trend , müxbir P.Əliyeva/ Azərbaycanda keçirilən seçkilərdə seçicilərin barmaqlarının mürəkkəbə batırılması ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklər ediləcək, çərşənbə axşamı Lənkəranda səfərdə olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Avropa Şurası Venesiya Komissiyası ilə müzakirələr başa çatdıqdan sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.

Noyabrın 7-8-də Bakıda Venesiya Komissiyasının iştirakı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq. Müxalifət partiyaları hesab edir ki, seçki komissiyaları paritet əsasda formalaşdırılmalıdır.

Pənahov bildirib ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması mümkün deyil. Çünki Azərbaycanda mövcud olan bütün siyasi partiyaların hamısının komissiyalarda təmsil olunması proseduru olduqca çətindir. MSK sədri, həmçinin bildirib ki, gələn il oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı seçkiyə rəsmi start iyul ayında veriləcək.

Xəbər lenti

Xəbər lenti