...

Türkiyə prezidenti Azərbaycana səfəri zamanı Gəncəyə də gedəcək

Siyasət Materials 31 Oktyabr 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri zamanı Gəncə şəhərinə də gedəcək. Gəncə şəhər İcra Hakimiyyətindən çərşənbə günü verilən məlumata görə, səfər tanışlıq məqsədi daşıyır.

Türkiyə prezidentinin paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncəyə səfər proqramının detalları tam məlum olmasa da, onun Azərbaycan Cümhuriyyətinin ilk hökümətinin yerləşdiyi, hazırki Kənd Təsərrüfatı Akademiyasının binasında olacağı bildirilir. Gül, həmçinin Cümhuriyyətin liderlərindən olan Şeyxzamanov qardaşlarının, Türk İslam Ordusunun komandanı Nuru Paşanın yaşadıqları ünvana baş çəkəcək. Türkiyə prezidentinin Nizami Gəncəvinin məğbərəsini də ziyarət edəcəyi bildirilir.

Türkiyə prezidenti Azərbaycana noyabrın birinci ongünlüyündə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti