...

Azərbaycan parlamenti PKK-nı terrorçu təşkilat kimi tanımaq üçün komissiya yaradıb

Siyasət Materials 6 Noyabr 2007 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti tərəfindən Türkiyənin üzləşdiyi terror təhlükəsi və PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat layihəsini hazırlamaq üçün deputatlardan ibarət komissiya yaradılıb. Bu barədə qərar Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qəbul olunub. Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, bəyanatın layihəsi dekabradək hazırlanıb, qəbul olunmalıdır. Parlament bəyanatını hazırlayacaq komisiyaya Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov rəhbərlik edəcək. Komissiyanın tərkibinə deputatlar Pənah Hüseyn, Jalə Əliyeva, Siyavuş Novruzov, Baba Tağıyev, Aydın Mirzəzadə və Fəzail Ağamalı daxildir.

Xəbər lenti

Xəbər lenti