...

Venesiya Komissiyasının təmsilçisi: "Seçki Komissiyası seçki prosesi iştirakçılarının etimadından faydalanmalıdır" (video)

Siyasət Materials 9 Noyabr 2007 12:21 (UTC +04:00)
Venesiya Komissiyasının təmsilçisi: "Seçki Komissiyası seçki prosesi iştirakçılarının etimadından faydalanmalıdır" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Seçki Komissiyası seçki prosesi iştirakçılarının etimadından faydalanmalıdır, buna nail olmağın bir çox formaları var. Bu barədə cümə günü Bakıda Venesiya Komissiyasının təmsilçisi Sergey Kuznetsov jurnalistlərə bildirib.

"Hazırda seçki komissiyasına inam yoxdur, bu barədə seçki prosesinin iştirakçıları bildirir. Biz seçki prosesindən sonra əldə etdiyimiz məlumatlara əsaslanırıq" - deyə Kuznetsov vurğulayıb.

Noyabrın 7-də Bakıda Venesiya Komissiyası və Seçki Sistemlərinin Beynəlxalq Fondunun (IFES) birgə təşkilatçılığı ilə Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayıb. Müzakirələrdə müxalifət partiyaları, QHT-lər, Azərbaycan Mərkəzi Seçk Komissiyası və hakimiyyət nümayəndələri iştirak edirlər. Müzakirələr bu gün başa çatacaq.

Onun sözlərinə görə, bu gün cəmiyyətin gözləntilərinə uyğun ola biləcək komissiya heyətinin formalaşdırılmasına necə nail olmağa dair təkliflər müzakirə olunacaq.

"Xeyli müxtəlif variantlar var, lakin qərarı Azərbaycan hakimiyyəti verməlidir. Biz yalnız texniki planda yardım göstərə bilərik" - deyə o bildirib.

Kuznetsovun sözlərinə görə, mükəmməl qanunvericiliyin mövcud olduğu şəraitdə belə, ədalətsiz seçkilərin keçirilməsi mümkündür.

Azərbaycanda növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti