...

Bolqarıstanın baş naziri Bakıya gəldi

Siyasət Materials 11 Noyabr 2007 18:52 (UTC +04:00)
Bolqarıstanın baş naziri Bakıya gəldi

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Bolqarıstanın baş naziri Sergey Stanişev Bakıya gəldi. Onunla birlikdə paytaxtımıza Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə yeni məruzəçisi Yevgeniya Jivkova da gəlmişdir. Bu, yeni təyinatından sonra Jivkovanın ölkəmizi birinci səfəridir.

Baş nazirin səfəri zamanı bir sıra ikitərəfli sənədin imzalanması gözlənilir. Onlardan məqsəd ölkələrimiz arasında saziş və müqavilələr bazasını genişləndirməkdən ibarətdir. Həmin sənədlərin arasında iqtisadi əməkdaşlıq, ikiqat vergi tutulmasına yol verilməməsi, həmçinin etimad siyasəti və rəqabətin mədafiəsi üzrə sazişlər var.

Xəbər lenti

Xəbər lenti