...

Prezident İlham Əliyev 6 ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 13 Noyabr 2007 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı przident sarayında Fələstin Muxtariyyətinin, Kot-D 'İvuarın, Avstriyanın, Qana, Niderland və Malayziyanın ölkəmizə yeni təyin ounmuş səfirlərinin etimadnamələrini qəbul edib.Səfirlərin hər biri ilə söhbət edən prezident Əliyev yeni təyinatları münasibətilə onları təbrik edib, diplomatik fəaliyyətlərində uğurlar arzulayıb. Prezident Əliyev Azərbaycanın, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib. Ölkəmizin başçısı ümidvar olduğunu bildirib ki, səfirlərin fəaliyyəti ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və münasibətlərimizin daha geniş sahələri əhatə etməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti