...

Azərbaycan parlamentinin deputatları xidməti avtomobil tələb edirlər

Siyasət Materials 16 Noyabr 2007 18:58 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatları xidməti avtomobil tələb edirlər

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan parlamentinin deputatları xidməti avtomobil tələb edirlər. Bu barədə cümə günü Milli Məclisdə Azərbaycan parlamentinin 2008-ci il üçün büdcəsi müzakirə olunarkən məsələ qaldırılıb.

2008-ci ildə Milli Məclis Aparatının saxlanılması üçün 13 milyon 886 min 351 manat nəzərdə tutulub. Bu vəsaitin 65,6 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edir. Ezamiyyələr üçün 990 min manat ayrılması nəzərdə tutulub. Bu da 2007-i illə müqayisədə 200 min manat çoxdur. Rabitə xidmətələri xərclərinə görə 197 min 160 manat ayrılması planlaşdırılır. Yanacaq və sürtgü yağlarının və nəqliyyat xidmətlərinin ödənlimsəsi üçün 307 min 544 manat ayrılması nəzərdə tutulub. Bu da 2007-ci illə müqayisədə, 55 min manat çoxdur. Nəqliyyat vasitələrinin alınmasına 250 min manat ayrılması nəzərdə tutulub və bu ,2007-ci illə müqayisədə 73 min manat çoxdur.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, müstəqil deputat Elmira Axundova qeyd edib ki, millət vəkillərinə xidməti avtomobillərin verilməsi vacibdir: "Çünki deputatların əksəriyyəti rayonlardan seçiliblər. Seçicilərlə görüşmək üçün tez-tez rayonlara getməli oluruq. Öz hesabımıza sürücü tutanda, aldığımız məvacibin xeyli hissəsini avtomobilin və sürücünün xərclərini ödəyəmə sərf edirik".

Axundova vurğulayıb ki, əgər Milli Məclisin bütün deputalra xidməti avtomobil vermək imkanı yoxdursa, onda qadın millət vəkilləri maşınla təmin edilsin: "Milli Məclisdə 13 qadın deputat var. Onlardan beşinin xidməti avtomobili var. Yeddi millət vəkilini avtomobillə təmin etmək böyük xərc tələb etmir".

Müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev həmkarının təklifini dəstəkləyib: "Azərbaycan dövlətinin imkanı var ki, 125 deputatı avtomobilə təmin etsin. Mənim şəxsi avtomobilim var və heç kəs elə bilməsin ki, özümə maşın tələb edirəm. Burada söhbət Milli Məclisin nüfuzundan gedir".

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı məsələni daha sərt formada qoyub. "Necə olur ki, hansısa baş idarədə işləyən insanların, orada şövbə müdiri vəzifəsində çalışanların ən bahalı xidməti avtomobili olur, amma millət vəkilinin yox? Nəyə görə millət vəkilləri bu formada təcrid olunurlar? Bizə ən bahalı deyil, normal bir avtomobil də bəs edər", -deyə Ağamalı əlavə edib.

Onun sözlərinə görə, ötən il deputatlara xidməti avtomobillərin verilməsi nəzərdə tutulsa da, bu həyata keçirilməyib: "Dedilər ki, avtomobilləri saxlamaq və sürücülərin oturması üçün Milli Məclisdə yer yoxdur. Amma bu, əsas səbəb ola bilməz".

Müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasından olan millət vəkili Fəzail İbrahimli isə, qeyd edib ki, Maliyyə Nazirliyi millət vəkillərinin qaldırdığı məsələlərə və deputatların problemlərinin həll olunmasına laqeyid yanaşır və bunun üçün lazım orlan vəsaiti ayırmaq istəmir: "Deputatları avtomobillə təmin etmək üçün Azərbaycanda kifayət qədər vəsait var və bu, həyata keçirilməlidir".

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov da vurğulayıb ki, millət vəkillərinin xidməti avtomobilllə təmin edilməsi vacibdir: "Bu məsələ 2008-ci ilin dövlət büdcəsində nəzərə alınmalıdır, vəsait ayrılmalıdır".

Xəbər lenti

Xəbər lenti